Quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb

Quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb Bakı. 7 dekabr. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb.
Hadisə
7 Dekabr , 2018 11:55
Quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bundan başqa, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində “Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi