​Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

​Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub Rəşad Mehdiyev 10 il, Araz Məmmədzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Oktyabr , 2015 16:08
​Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və dələduzluqda təqsirləndirilən Rəşad Mehdiyev və Araz Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mehdiyev 10 il, A.Məmmədzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və A.Məmmədzadə isə 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi