​Quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

​Quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub Famil İbadov 5 il, Möhlət Möhlətov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Dekabr , 2015 17:00
​Quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Famil İbadov və Möhlət Möhlətovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.İbadov 5 il, M.Möhlətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il F.İbadovla M.Möhlətov Bakıda vətəndaşa qarşı quldurluq edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi