​Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 İyul , 2016 13:34
​Quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Maarif Dəmirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Dəmirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Dəmirov quldurluq etməkdə təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 181-ci (qulduruluq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi