Yuxarı
    Bağlamaq

    Quldurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

    Cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

    Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şəhər sakinləri - Natiq Abdullayev və İsmayıl İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə G.Əzizova 11 il, Z.Mikayılov 12 il, N.Abdullayev 13 il 6 ay, İ.İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu il may ayında Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Abdullayev və İsmayıl İsmayılov tutulub. Bundan başqa, həmin cinayət əməlində iştirak etmiş Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov da müəyyən ediliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi