Quldurluq edən şəxsin apellyasiya şikayətinə baxılır

Quldurluq edən şəxsin apellyasiya şikayətinə baxılır Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Ceyhun Rufullayevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
3 Oktyabr , 2019 12:16
Quldurluq edən şəxsin apellyasiya şikayətinə baxılır
Report

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Ceyhun Rufullayevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Mahiyyəti üzrə baxış iclası oktyabrın 15-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Rufullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 181.2.2 (quldurluq, təkrar törədildikdə) və 326.2 (Mühüm rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə C.Rufullayev Nizami rayonu ərazisində V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasını açıq talama yolu ilə ələ keçirib.

Daha sonra isə Y.Abbasovaya zor tətbiq edərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasını alıb.

Son xəbərlər

Orphus sistemi