Yuxarı
    Bağlamaq

    Qubaya yağan aramsız yağışlar nəticəsində daha bir ev çöküb - FOTO

    Hadisə rayonun Ərdəbil küçəsində qeydə alınıb

    Quba. 11 noyabr. REPORT.AZ/ Quba rayonunda yağan aramsız yağışlardan sonra daha bir evdə çökmə baş verib.

    "Report"un Şimal bürosu xəbər verir ki, torpaq qatının axması nəticəsində evin divarları aralanaraq qəzalı vəziyyətə düşüb.

    Hadisə rayonun Ərdəbil küçəsində yaşayan Salmanovlar ailəsinin evində qeydə alınıb.

    Ev sahibi 2 otağın tamamilə yararsız vəziyyətə düşdüyünü və divarlarda aralanmaların olması səbəbindən evin uçma təhlükəsinin olduğunu bildirib. Sakinlərin sözlərinə görə, növbəti dəfə güclü yağış yağacağı təqdirdə evin istifadəyə yararsız vəziyyətə düşmə ehtimalı böyükdür.

    Hazırda mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət olunub. Fövqəladə Hallar Nazirliyi və icra nümayəndələri evə baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlimərdan Orucov bildirib ki, hadisə ilə bağlı rayon rəhbəri ev sahibi ilə görüşəcək. Ondan sonra göstərilən tapşırıqlar əsasında tədbir görüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi