Qubanın kəndlərinə canavarlar hücum edib - FOTO

Qubanın kəndlərinə canavarlar hücum edib - FOTO Bu hücumlar son bir həftədə mütəmadi hal alıb
Hadisə
19 May , 2016 12:02
Qubanın kəndlərinə canavarlar hücum edib - FOTO

Bakı. 19 may. REPORT.AZ/ Quba rayonunda canavarlar kəndlərə hücum edib. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Xaltan, Nütəh, Utuk kəndləri canavarların hücumuna məruz qalıb. Kəndlərə hücum edən  canavarlar sakinlərin mal-qarasını parçalayıb.

Kənd sakinləri bildiriblər ki, bu hücumlar son bir həftədə mütəmadi hal alıb. Canavarlar təkcə rayonun Xaltan kəndində 8 baş keçi, 2 baş qoyun, bir baş iribuynuzlu mal-qaranı parçalayıblar. Digər kəndlərdə də hər gün  5-6 baş xırda və iribuynuzlu mal-qara vəhşi heyvanların hücumuna məruz qalır.

Son xəbərlər

Orphus sistemi