Qubanın kəndində ikinci yanğın başlayıb

Qubanın kəndində ikinci yanğın başlayıb Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.
Hadisə
20 Sentyabr , 2020 16:46
Qubanın kəndində ikinci yanğın başlayıb

Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi