Yuxarı

Qubanın daha bir kəndində yanğın baş verib - YENİLƏNİB

​Qubanın daha bir kəndində kol-kos sahələrində yanğın olub

Quba rayonunun daha bir kəndində əkin və bağ sahəsində yanğın olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Talabıqışlaq kənd bələdiyyəsinin Küçeyi kəndi ərazisində iki hektara yaxın bağ və biçilmiş taxıl sahələri yanıb.

Yanğın baş verən ərazidə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də olub, yanğının söndürülməsi istiqamətində müvafiq göstərişlər verib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


*** 17:28

Quba rayonunun daha bir kəndində kol-kos sahələrində yanğın baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Hacıhüseynli kəndində iki hektara qədər ərazi yanıb. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hadisə yerinə gələrək yanğının söndürülməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə göstəriş və tövsiyələrini verib. 

Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi