Video əlavə olunub
***20:36
Bakı-Quba yolunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Qubadan Bakıya pomidor və bibər gətirən "Ford" markalı yük maşını beton maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan 3 nəfər - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


