Yuxarı

Qubada zəncirvari yol qəzası baş verib, avtomobillərə ziyan dəyib - FOTO

Qubada zəncirvari yol qəzası baş verib, avtomobillərə ziyan dəyib - FOTO

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobil yol kənarında dayanmış yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisədə xəsarət alan olmasa da, yük avtomobili və "VAZ-2107" markalı avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi