Yuxarı

Qubada zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağırdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini Ayaz Şakir oğlu Xankişiyev idarə etdiyi, 50-BO-679 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21099" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və "Shacman" markalı yük maşınına çırpılıb, daha sonra qarşı tərəfdən gələn, 90-RF-043 dövlət qeydiyyat nömrə nişanlı  "Volkswagen-Passat"  markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü A.Xankişiyev və onun sərnişini Dövlət Bəylər oğlu Xankişiyev ddeformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. 

Xəstəxanadan bildirilib ki, yarlılara ilkin tibbi yardım göstərildikdən sonra Cərrahiyyə şöbəsinə yerləşdiriliblər: "Avtoqəza zamanı xəsarət alan hər iki yaralı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrində əziklər və sıyrıntılar diaqnozu ilə xəstəxanaya daxil olublar. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağırdır".

Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi