Qubada yük avtomobili yanıb

Qubada yük avtomobili yanıb Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.
Hadisə
18 İyul , 2021 19:13
Qubada yük avtomobili yanıb

Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi "DAF" markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.

Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.

Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.

Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi