Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib

Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib Qəza nəticəsində daha bir nəfər yaralanıb
Hadisə
21 Oktyabr , 2016 08:00
Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Quba rayonunun Ağbil kəndi ərazisində “VAZ” və “Azsamand” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi