Qubada yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb

Qubada yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var.
Hadisə
233
2 Avqust , 2021 10:56
Qubada yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb
0 : 00
0 : 00

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkən yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobilində idarəetməni itirərək Fərman Adıgözəlovun idarə etdiyi "Qaz-El" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində, "VAZ"-da olan Quba şəhər sakinləri - 1998-ci il təvəllüdlü Rauf Nəcəf oğlu Nəcəfov (sürücü) hadisə yerində və 2000-ci il təvəllüdlü Taleh Hafiz oğlu Abıyev xəstəxanaya aparılarkən ölüb.

"VAZ"-da olan digər iki sərnişin - Qubanın İkinci Nügədi kənd sakini, 1992-ci il təvəllüdlü Rahim Elman oğlu Qəhrəmanov, Amsar kənd sakini, 2005-ci il təvəllüdlü Bəhruz İlham oğlu Şərafəddinov və "Qaz-El"də olan sərnişinlər - Quba şəhər sakinləri - 1972-ci il təvəllüdlü Elmar Abdulhəmid oğlu Babayev və 1968-ci il təvəllüdlü Azər İbrahim oğlu Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi