Qubada yol qəzası olub, xəsarət alanlar var - FOTO

Qubada yol qəzası olub, xəsarət alanlar var - FOTO Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir
Hadisə
4 Fevral , 2020 14:56
Qubada yol qəzası olub, xəsarət alanlar var - FOTO

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun rayonun Qaraçay kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı 2 nəfər xəsarət alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yol qəzası zamanı yaralanan şəxslər -  rayonun Vladimirovka kənd sakini,1989-cu il təvəllüdlü Cəlil Bəhlul oğlu Hacıyev və Bakı şəhəri sakini,  2006-cı il təvəllüdlü Leyla Baxış qızı Məlikməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi