Qubada yol qəzasında 5 nəfər ölüb

Qubada yol qəzasında 5 nəfər ölüb Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğı
Hadisə
2969
25 Avqust , 2021 18:20
Qubada yol qəzasında 5 nəfər ölüb

Qubada qəzada ölənlərin şəxsiyyətləri məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə həmin maşında olan sürücü və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.

10:40

Video əlavə olunub

10:05

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

"Report un Şimal bürosunun verdiyi məlumata görə hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

08:38

Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi