Qubada yol qəzası olub, ölən və yaralananlar var

Qubada yol qəzası olub, ölən və yaralananlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
105
13 İyul , 2018 17:51
Qubada yol qəzası olub, ölən və yaralananlar var

Quba. 13 iyul. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomagistralının rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Vüqar Nazim oğlu Talıbovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü V.Talıbov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva ağır bədən xəsarətləri alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi