Qubada yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Qubada yol qəzası baş verib, ölən var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Avqust , 2017 20:43
Qubada yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Quba. 31 avqust. REPORT.AZ/ Quba rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunda minik və yük maşınlarının toqquşması nəticəsində Xaçmaz rayon Müşkür kənd sakini, 1968-ci il təvəllüdlü Əkbər Abdullayev ölüb.  

Mərhumun meyiti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb. 


***20:11

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunda baş verib.

Minik və yük maşınlarının toqquşması nəticəsində baş verən qəzada bir nəfər ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi