Quba. 22 oktyabr. REPORT.AZ/ Quba rayonunun Amsarqışlaq kəndində yanğın hadisəsi baş verib.
"Report"un Şimal bürosu məlumat verir ki, hadisə nəticəsində kənd sakin İsrafil İlimdarova məxsus birmərtəbəli 5 otaq və qarajdan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 98 m2 sahədə və qaraja yığılmış 20 ədəd taxta taralar yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və briqadası cəlb olunub. Onlar gələnə kimi kənd sakinləri yanğının qarşısını ala biliblər.




