Qubada yeniyetməni bir həftədə iki dəfə it dişləyib - FOTO

Qubada yeniyetməni bir həftədə iki dəfə it dişləyib - FOTO Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qalıb.
Hadisə
26 Aprel , 2019 11:08
Qubada yeniyetməni bir həftədə iki dəfə it dişləyib - FOTO
Report
0 : 00
0 : 00

Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qalıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Almazqazmalar kənd sakini, 2004-cü il təvəllüdlü Vüsal İntiqam oğlu Qurbanovu öz iti dişləyib. 

Onun bildirdiyinə görə, bir neçə gün əvvəl yolda quyuya düşmüş küçə itini də xilas etmək istəyərkən itin hücumuna məruz qalıb. 

V.Qurbanova Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi