Qubada yeniyetməni avtomobil vurub

Qubada yeniyetməni avtomobil vurub Piyada ağır xəsarət alıb
Hadisə
29 Avqust , 2017 07:25
Qubada yeniyetməni avtomobil vurub
Foto: Report.az

Bakı. 29 avqust. REPORT.AZ/ Quba rayonunun mərkəzində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 2007-ci il təvəllüdlü Məhəmmədrzayev Məmmədhüseyn Firdovsi oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Nəticədə M. Məhəmmədrzayev ağır xəsarət alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi