Qubada yeniyetmə qız özünü körpüdən atıb

Qubada yeniyetmə qız özünü körpüdən atıb Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.
Hadisə
23 Aprel , 2019 16:46
Qubada yeniyetmə qız özünü körpüdən atıb

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi