Qubada yanğın sahibkara ciddi ziyan vurdu

Qubada yanğın sahibkara ciddi ziyan vurdu Quba rayonunda 900 ədəd taxta və plastmas tara (yeşik – Red) yanıb.
Hadisə
183
21 Avqust , 2021 19:29
Qubada yanğın sahibkara ciddi ziyan vurdu

Quba rayonunda 900 ədəd taxta və plastmas tara (yeşik – Red) yanıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.

Kənd sakini, kiçik sahibbkar Babək İslam oğlu Əsədzadəyə məxsus həyətdə, ümumi sahəsi 300 kv.m olan yardımçı tikilidəki 400 (dörd yüz) ədəd taxta yeşik, yaxınlıqdakı 500 (beş yüz) ədəd plastmas yeşik yanıb.

Alov yardımçı tikilin məhv edib, yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi