Qubada üç avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Qubada üç avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
10 Yanvar , 2017 12:22
Qubada üç avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakı. 10 yanvar. REPORT.AZ/ Quba rayon sakininin avtomobili oğurlanıb. 

"Report"un Şimal bürosunun verdiyi xəbərə görə, rayon sakini Murad Mürsəliyevə məxsus "VAZ-2106" markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Avtomobil həmin gün Qam-Qam kəndi ərazisində tapılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Bilal Nuradov tutulub. B.Nuradovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 1-də həmyerlisi Toğrul İbrahimovla birgə rayon ərazisində daha 2 avtomobili qaçırması da müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə T.İbrahimov da tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi