Qubada toy mərasimi keçirən bəy və dostları saxlanıldı

Qubada toy mərasimi keçirən bəy və dostları saxlanıldı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
Hadisə
11 Avqust , 2020 14:38
Qubada toy mərasimi keçirən bəy və dostları saxlanıldı
0 : 00
0 : 00

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasiminin keçirildiyini aşkarlayıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bildirilib ki, toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.
 

Son xəbərlər

Orphus sistemi