Qubada silsilə oğurluqlar törədən keçmiş məhkumların məhkəməsi başlayır

Qubada silsilə oğurluqlar törədən keçmiş məhkumların məhkəməsi başlayır Quba rayonunda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Ruslan Şahmirzəyev və Azad Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 İyul , 2019 16:00
Qubada silsilə oğurluqlar törədən keçmiş məhkumların məhkəməsi başlayır

Quba rayonunda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Ruslan Şahmirzəyev və Azad Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, Quba rayon, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı, Abşeron rayon, Saray Bağlar massivində yaşayan Azad Bəşirov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlar rayon ərazisində yerləşən dövlət müəssisələrindən, fərdi yaşayış evlərindən və ticarət obyektlərindən silsilə oğurluq etməkdə təqsirləndirilirlər.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şahmirzəyevlə Azad Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğurluq etmək qərarına gəliblər. Quba rayonunda yerləşən bir neçə dövlət müəssisələrini, fərdi yaşayış evlərini və ticarət obyektlərini özlərinə hədəf seçən dəstə üzvləri, ümumilikdə, 11 müəssisə və obyektə qanunsuz daxil olaraq oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq oğurluq hadisəsinin izini itirmək istəyiblər.

Həmin şəxslərin ətraflarında aparılan tədbirlərlə onların başqa rayonlarda da oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazada oğurluq törədərək sahiblərinə maddi ziyan vurublar. Həmçinin R.Şahmirzəyev oğurluqdan əldə etdiyi pullarla özünə "VAZ-2106" markalı nəqliyyat vasitəsi aldığı da müəyyən edilib. Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun, elektrik cihazlarının, avadanlıqların bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 17.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi