Qubada silsilə oğurluq edən dəstənin məhkəməsi başlayır

Qubada silsilə oğurluq edən dəstənin məhkəməsi başlayır Qubada silsilə oğurluq edən dəstə üzvlərinin ibtidai istintaqı başa çatıb.
Hadisə
18 Dekabr , 2019 16:41
Qubada silsilə oğurluq edən dəstənin məhkəməsi başlayır

Qubada silsilə oğurluq edən dəstə üzvlərinin ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası dekabrın 27-ə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 21 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar edən dörd nəfərdən ibarət oğru dəstəsi bu ilin iyul ayında Quba Rayon Polis Şöbəsnin əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Lerik rayon sakinləri - 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu, 38 yaşlı Əkbər Dadaşov törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Dəstə üzvlərinin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək burada yerləşən üç mağazaya qanunsuz daxil olmaqla, orada pul və tütün məmulatları oğurlayıblar. Oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də, buna nail ola bilməyiblər.

Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Son xəbərlər

Orphus sistemi