Qubada sel nəticəsində bağlanan yol açılıb - FOTO

Qubada sel nəticəsində bağlanan yol açılıb - FOTO "Çayın üzərində müasir körpünün tikintisi üçün müvafiq qurumlara xəbərdarlıq edilib"
Hadisə
21 May , 2016 13:14
Qubada sel nəticəsində bağlanan yol açılıb - FOTO

Quba. 21 may. REPORT.AZ/ Quba rayonu ərazisində Ağçay üzərində yerləşən körpünün aşması nəticəsində bağlanan Tülər kəndinə gedən yol açılıb.

"Report"un müxbiri xəbər verir ki, Azəravtoyol ASC-nin əməkdaşları əraziyə gələrək, yola suötürücü borular quraşdırıb.

Rayonun icra nümayəndəsi Oktay İsayev "Report"a açıqlamasında bildirib ki, hər il may ayında çaya sel gəlir və bu, fəsadsız ötüşmür: "Hazırda kəndə gəliş-gediş asandlaşdırılıb. Çayın üzərində müasir körpünün tikintisi üçün müvafiq qurumlara xəbərdarlıq edilib".

Qeyd edək ki, dünən Quba ərazisindən keçən Ağçay üzərində yerləşən körpünü sel aparıb.

Son xəbərlər

Orphus sistemi