İlk xəbər 12:12-də yayımlanıb, video əlavə olunub
Quba. 20 may. REPORT.AZ/ Quba rayonunun Tülər kəndi ərazisindən keçən Ağçay üzərində yerləşən körpünü sel aparıb. Bu barədə "Report"un Şimal bürosunun müxbirinə Tülər kənd icra nümayəndəsi Oktay İsayev məlumat verib.
İcra nümayəndəsi bildirib ki, hər il may ayında çaya sel gəlir və bu sel fəsadsız ötüşmür: "Tülər kəndində 210 fərdi yaşayış evi var və 1 500-dən çox sakin yaşayır. Ötən gecədən başlayaraq, Ağçayda suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın üzərində yerləşən körpünü sel aparıb. Hazırda kəndlə rayon arasında əlaqə kəsilib. Kəndin 60-dan çox sakini çayın o tayında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb".
O.İsayev qeyd edib ki, vəziyyətlə bağlı Qubar Rayon İcra Hakimiyyətinə (RİH) məlumat verilib: "Rayon rəhbərliyinin baş verən hadisə ilə bağlı məlumatı var. Körpünün bərpa olunması üçün rayondan kəndə ağır texnika və canlı qüvvə göndərilib".





