Yuxarı

Qubada Rusiya Federasiyası vətəndaşının evi yanıb - FOTO

​Qubada Rusiya Federasiyası vətəndaşının evi yanıb

Qubada yanğın hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saatlarında rayonunun Rustov bələdiyyəsinin Güneyməhəllə yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, həmin yaşayış məntəqəsində yaşayan Rusiya Federasiyası vətəndaşı 1954-cü il təvəllüdlü Məhərrəm Hümbət oğlu Məmmədova məxsus ümumi sahəsi 180 kv.metr olan 4 otaqlı, aynabəndli, səkili ev yanar konstruksiyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə İdarəsinin Yanğınsöndürmə idarəsinin 2 ədəd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi