Qubada quldurluq edən dəstə üzvünün məhkəməsi başlayır

Qubada quldurluq edən dəstə üzvünün məhkəməsi başlayır Qubada quldurluq etməkdə ittiham edilən dəstə üzvlərindən olan Mustafa Əmrahlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
1 noyabr 2019 08:07
Qubada quldurluq edən dəstə üzvünün məhkəməsi başlayır

Qubada quldurluq etməkdə ittiham edilən dəstə üzvlərindən olan Mustafa Əmrahlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Qəniyevin icraatına verilən iş üzrə hazırlıq iclası noyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, M.Əmrahlı bu il aprelin 1-də Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edən dəstə üzvlərindən biridir.

Dəstə üzvləri ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Quldurluq hadisəsini törətməkdə ittiham edilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi ƏmirovMəhəmməd Tağıyev saxlanılıblar. Onların cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılılır.

Daha sonra cinayətkar dəstənin digər üzvü kimi axtarışa verilən Şəki şəhər sakini, Əmrahlı Mustafa Mehman oğlu da saxlanılaraq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi