Yuxarı

Qubada quldurluq edən dəstə üzvlərinə hökm oxunub

​Qubada quldurluq edən dəstə üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada quldurluq etməkdə ittiham edilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hörmət Hətəmov 10 il, Ülvi Əmirov 10 il, Məhəmməd Tağıyev 10 il, Zahir İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvləri bu il aprelin 1-də Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın ediblər.

Onlar ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Quldurluq hadisəsini törətməkdə ittiham edilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar.

Daha sonra cinayətkar dəstənin digər üzvü kimi axtarışa verilən Şəki şəhər sakini, Əmrahlı Mustafa Mehman oğlu da saxlanılaraq istintaqa cəlb edilib.

Onun barəsindəki cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı icraatda baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi