Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
106
14 Dekabr , 2018 14:45
Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini Mişi Migirov həmyerlisi Şuşan Sumxayevanı qəbirstanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb.

Quba rayon Polis şöbəsinin əməkdaşları M.Miqirovu saxlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi