Qubada qanunsuz kömür quyuları aşkarlanıb

Qubada qanunsuz kömür quyuları aşkarlanıb Qubada qanunsuz kömür quyuları aşkarlanıb.
Hadisə
4 Fevral , 2023 12:02
Qubada qanunsuz kömür quyuları aşkarlanıb

Qubada qanunsuz kömür quyuları aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayon sakinləri - Mirağa Dadaşov və Təmirşah İmanquliyev olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Son xəbərlər

Orphus sistemi