Yuxarı

Qubada qadağan edilən dini təriqəti təbliğ edən şəxslər barəsində protokol tərtib olunub

Polis onların izahatlarını alındıqdan sonra sərbəst buraxıb

Bakı. 7 iyul. REPORT.AZ/ Qubada 8 nəfərin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etməsi faktı aşkarlanıb. 

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilən dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi