Qubada qadını avtomobil vurub

Qubada qadını avtomobil vurub Quba rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.
Hadisə
23 Aprel , 2019 16:49
Qubada qadını avtomobil vurub

Quba rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini Sevda Mövludağa qızı Paşayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Sürücü yaralı qadını Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Ona xəstəxanada döş qəfəsinin qapalı küt travması, qabırğaların çoxsaylı sınıqları və döş qəfəsinin sınıqları diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi