Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb

Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.
Hadisə
15 dekabr 2022 07:05
Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq, oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi