Qubada piyada avtomobil tərəfindən vurulub

Qubada piyada avtomobil tərəfindən vurulub Zahiddin Qədirov xəstəxanaya yerləşdirilib
Hadisə
11 Oktyabr , 2016 23:42
Qubada piyada avtomobil tərəfindən vurulub

Quba. 11 oktyabr. REPORT.AZ/ Qubada piyada avtomobil tərəfindən vurulub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə axşam saatlarında Quba rayon Cəfər Cabbarlı küçəsində baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü, Qədirov Zahiddin Qədir oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və ona kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün və alının əzilmiş yaraları diaqnozu qoyulub.

Hadisəni törətmiş avtomobilin sürücüsü barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi