Qubada ölümlə nəticələnən yol qəzası olub

Qubada ölümlə nəticələnən yol qəzası olub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
5 iyun 2017 13:54
Qubada ölümlə nəticələnən yol qəzası olub
Report.az

Quba. 5 iyun. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 151-ci kilometrliyində, rayonun Cağacuq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 90-NB-970 dövlət qeydiyyat nömrə nişanlı "LADA priora" markalı avtomobillə 99-BF-038 dövlət qeydiyyat nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan, "LADA priora"nın sürücüsü, rayonun Nərimanabad kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Seyidağa oğlu Çərkəzov Quba Rayuon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, F.Çərkəzov orada ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi