Qubada ölümlə nəticələnən yol qəzası olub

Qubada ölümlə nəticələnən yol qəzası olub Sürücü idarəetməni itirərək ağaca çırpılıb
Hadisə
9 May , 2017 11:47
Qubada ölümlə nəticələnən yol qəzası olub

Bakı. 9 may. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Qabil Eldarov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü Q.Eldarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi