Qubada ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Qubada ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürcünün şəxsiyyəti məlum olub.
Hadisə
16 İyun , 2019 08:30
Qubada ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürcünün şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun İkinci Nügədi kənd sakini, 1992-ci il təvəllüdlü  Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 07:12

Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan avtomobilin sürücüsü hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi