Qubada oğurluq edən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Qubada oğurluq edən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
251
14 Oktyabr , 2019 17:14
Qubada oğurluq edən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:05

Qubada yaşadığı evdən pul oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi