Qubada oğul atasını avtomobillə vuraraq öldürüb

Qubada oğul atasını avtomobillə vuraraq öldürüb Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.
Hadisə
21 İyul , 2021 15:22
Qubada oğul atasını avtomobillə vuraraq öldürüb
0 : 00
0 : 00

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi