Qubada motosiklet aşıb, xəsarət alanlar var

Qubada motosiklet aşıb, xəsarət alanlar var Qubada motosiklet aşıb.
Hadisə
105
2 Sentyabr , 2019 22:39
Qubada motosiklet aşıb, xəsarət alanlar var
Foto: Report.az

Qubada motosiklet aşıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Vladimirovka kəndində baş verib.

Qoşqulu motosiklet idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə motosikletdə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Gülmurad Muradbəy oğlu QasımovZərqova kənd sakini, 1999-cu il təvəllüdlü Sahib Tağı oğlu Hacıbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara təcili tibbi yardım briqadasının həkimi tərəfindən ilkin tibbi yardım göstərilb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gülmurad Muradbəy oğlu Qasımovun vəziyyəti ağır olduğundan o, stasionar müalicəyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi