Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
17 Noyabr , 2019 16:15
Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Foto: "Report"

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə zamanı rayonun Qəçrəş kənd sakinləri - 1980-ci il təvəllüdlü Təşəkkür Hacıyev, 2014-cü il təvəllüdlü Zəhra Bəhram qızı Ədilova, 1964-cü il təvəllüdlü Fərizə Mövlud qızı Ədilova və 1991-ci il təvəllüdlü Gülnaz Malik qızı Ədilovamüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 14:23

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi