Qubada minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO

Qubada minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO Quba rayonunda yol qəzası baş verib.
Hadisə
23 May , 2019 20:31
Qubada minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var - FOTO
Report

Quba rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Əfsan Mehman oğlu Xalidbəyovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burunun cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Ə.Xalidbəyova ilkin tibbi yardım göstərilib, cərrahi müdaxilə olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi