Qubada meyvə oğurlayan şəxs saxlanılıb

Qubada meyvə oğurlayan şəxs saxlanılıb Qubada meyvə oğurlayan şəxs saxlanılıb.
Hadisə
17 İyul , 2019 12:05
Qubada meyvə oğurlayan şəxs saxlanılıb

Qubada meyvə oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümü meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi