Yuxarı

Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmayıb

​Qubada meşə-kolluq ərazidə yanğın gecə davam edib

Quba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Şabran rayonu ərazisindən başlayan yanğın Qubada böyük ərazini əhatə edib.

Küləkli hava şəraiti və ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə ciddi çətinliklər yaradır. 

Quba Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, çətinliklərə baxmayaraq, yanğının söndürülməsi işləri davam edib, nəticədə yanğın lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi